
Tanınmış aşpaz Yevgeni Klopotenko ət yeməklərini daha dadlı etmək üçün altı universal marinad resepti təqdim edib. Foodinfo.az xəbər verir ki, bu souslar toyuq, mal və ya qoyun ətinə uyğun gəlir və ev şəraitində asanlıqla hazırlanır.
1. Limon və sarıköklü marinad
Yarım limonun suyu və qabığı,sarıkök, bitki yağı, bir az şəkər, duz və istiotdan ibarətdir. Əti təravətli və ədviyyəli edir.
2. Soya-zəncəfilli sous
Rəndələnmiş təzə zəncəfil, soya sousu, mixək, muskat qozu və yağdan hazırlanır. Qızartmalar üçün əla seçimdir.
3. Yaşıl ədviyyatlı marinad
Cəfəri, yaşıl çili, sarımsaq, limon suyu və yağdan ibarət bu qarışım ətə təzə dad verir.
4. Yoqurtlu-sarımsaq sousu
Təbii yoqurt, təzə kəklikotu, bol sarımsaq, duz və istiotla hazırlanır. Əti yumşaldır və zərif dad qatır.
5. Ədviyyatlı xardallı marinad
Şirin xardal, hisli paprika və yağın qarışığı ilə klassik ət sousudur.
6. “Kola-ketçup” sousu
Qeyri-adi seçim axtaranlar üçün ketçup və Coca-Cola-nın qarışığı əti həm şirin, həm də qaramelə bənzər dadla örtür.
Bu marinadlar 800 qramdan bir kiloqrama qədər ət üçün nəzərdə tutulub.