Yaşıl çay əsrlərdir ən sağlam içkilərdən biri hesab olunur. Foodinfo.az bildirir ki, mütəxəssislər yaşıl çayın bədəndə piylərin parçalanmasını sürətləndirdiyini bildirirlər. Həftədə 5 dəfə yaşıl çay içən şəxslərdə piylənmə riski 20% azalır.

Antioksidant tərkibi ilə sərbəst radikalları neytrallaşdırır. Bu da bədənin cavan və sağlam qalmasına kömək edir. Yaşıl çay qanda xolesterini tənzimləyir və ürək xəstəliklərinin qarşısını alır. Dəriyə müsbət təsir edərək qırışların yaranmasını ləngidir.

İmmuniteti gücləndirən bu içki infeksiya riskini də azaldır. Mütəxəssislər yaşıl çayı südsüz və şəkərsiz qəbul etməyi məsləhət görürlər. Həddindən artıq istifadə isə sinir sistemində həssaslıq yarada bilər.