Təbiətin bizə təqdim etdiyi ən böyük nemətlərdən biri — şəfalı bitkilərdir. Bəzi bitkilər isə o qədər çox faydaya malikdir ki, onları müntəzəm şəkildə istifadə etdikdə bir çox dərmana olan ehtiyac azalır. Belə möcüzəvi bitkilərdən biri də zəncəfildir.

Zəncəfil yalnız yeməklərə ləzzət qatan ədviyyat deyil, həm də yüz illərdir xalq təbabətində istifadə edilən güclü təbii müalicə vasitəsidir. Onun tərkibindəki gingerol, şogaol və zingeron kimi maddələr bədənə çoxsaylı müsbət təsirlər göstərir.

Foodinfo.az zəncəfilin əsas faydalarını təqdim edir:

– İltihab əleyhinə və qızdırmasalıcı təsiri var

– Boğaz ağrısını yüngülləşdirir, bəlğəmi azaldır

– Mədə turşusunu tarazlayır

– Qəbizliyi və qaz problemini aradan qaldırır

– Hamiləlik dövründə, avtomobil və dəniz səfərlərində yaranan ürəkbulanmalarda çox təsirlidir

– Romatizm və oynaq ağrılarında təbii ağrıkəsici rolunu oynayır

– Antibakterial və antiviral təsiri ilə orqanizmi infeksiyalardan qoruyur

– Qan durulducu təsiri var, ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir

Qan durulducu dərman qəbul edənlər, mədə xorası olanlar ehtiyatla istifadə etməlidirlər.