Yaponiyanın Osaka Universitetinin tədqiqatçısı professor Hiroşi Nakamura yaşıl çayın uzunömürlülüyə təsirini araşdırıb. Foodinfo.az bildirir ki, onun rəhbərlik etdiyi qrup 40 mindən çox insan üzərində 10 illik müşahidələr aparıb. Nəticələrə görə, gündə ən azı iki fincan yaşıl çay içən insanların ürək-damar xəstəliklərindən ölüm riski azalıb.

Nakamura qeyd edir ki, yaşıl çay tərkibindəki polifenollar hüceyrə oksidləşməsini zəiflədərək xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Eyni zamanda bu içki qan təzyiqini tənzimləyir və maddələr mübadiləsini sürətləndirir. Araşdırmada iştirak edənlər arasında artıq çəki ilə mübarizə aparanların əhəmiyyətli irəliləyiş əldə etdiyi müşahidə olunub.

Mütəxəssis tövsiyə edir ki, yaşıl çay şəkərsiz və təbii şəkildə içilməlidir. Limon əlavə etmək isə C vitamini ilə antioksidantların təsirini gücləndirir. Nakamuranın fikirləri Japan Medical Times jurnalında dərc olunub.