Yay aylarında qarpız həm sərinləşdirici, həm də sağlamlaşdırıcı təsir göstərir. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Elena Ivanova Gazeta.Ru-ya danışıb. Mütəxəssisin sözlərinə görə, qarpız orqanizmi susuzluqdan qoruyur və təbii detoks təsiri yaradır.

Ivanova bildirib ki, qarpız tərkibindəki yüksək su və kalium sayəsində bədəndəki artıq mayeni çıxarmağa kömək edir. Həkim qeyd edib ki, bu meyvə böyrək və qaraciyər üçün olduqca faydalıdır.

Diyetoloq əlavə edib ki, qarpız C və A vitaminləri ilə zəngindir və dəriyə sağlam parlaqlıq bəxş edir. O, yay aylarında qarpızın sağlamlıq üçün əla seçim olduğunu vurğulayıb. Foodinfo.az oxucularına günorta saatlarında bir dilim qarpız yeməyi tövsiyə edir.