Duz və limon qarışımı meyvə və tərəvəzlərin üzərindəki pestisid qalıqlarını azaltmağa kömək edir, amma tamamilə yox edə bilmir. Bu üsul daha çox səthi təmizləmə və bakteriyaların azalması üçün faydalıdır.

Foodinfo.az xəbər verir ki, duz mikrob və böcək yumurtalarını səthdən çıxarmağa kömək edir. Limon turşuluğu ilə bakteriyaları və bəzi kimyəvi qalıqları parçalayır.

1 litr ilıq suya 1 yemək qaşığı duz və 2–3 yemək qaşığı təzə limon suyu əlavə edin. Meyvə və tərəvəzləri bu suda 10–15 dəqiqə saxlayın. Daha sonra təmiz su ilə yaxalayın.

Bu üsul qurumuş və ya dərinə işləmiş pestisidlərə qarşı yetərli olmaya bilər. Tam təhlükəsizlik üçün mümkün olduqda üzvi məhsullara üstünlük vermək tövsiyə olunur.

Alternativ olaraq sirkəli su, karbonatlı su və ya xüsusi meyvə-tərəvəz təmizləyiciləri də istifadə oluna bilər.