Qaragilə güclü antioksidant təsiri ilə tanınan və təbiətin təbii dərmanı sayılan bir meyvədir. Tərkibindəki antosiyaninlər hüceyrələri qocalmadan qoruyur, dərinin elastikliyini artırır və orqanizmdəki iltihabları azaldır. 

Foodinfo.az xəbər verir ki, qaragilə yalnız dərini cavan saxlamaqla kifayətlənmir, eyni zamanda beyin sağlamlığını gücləndirərək yaddaşı qoruyur, diqqəti artırır və demansa qarşı təbii sipər yaradır.

Qaragilə gözlər üçün də faydalıdır — gecə görməsini yaxşılaşdırır və yaşa bağlı göz zəifləməsinin qarşısını almağa kömək edir. 

Ürək-damar sağlamlığı baxımından qan dövranını tənzimləyir, təzyiqi balanslaşdırır və xolesterolu aşağı salır. 

Sidik yolları infeksiyalarında və immun sisteminin zəiflədiyi hallarda təbii antibiotik kimi dəstəkləyici təsir göstərir.

Gündəlik 1 ovuc təzə və ya dondurulmuş qaragilə qəbul etmək dərman ehtiyacını azalda, sağlam və gənc qalmanıza kömək edə bilər. Bu səbəbdən qaragilə antiqocalma gücünə sahib nadir meyvələrdən biri sayılır.