
Avstraliyalı terapevt, Sidney Universitetinin professoru Piter Tilyard bildirib ki, yay aylarında bədən maye itkisinə daha həssas olur və bu, böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Foodinfo.az bildirir ki, The Guardian nəşrinə danışan mütəxəssis qeyd edib ki, maye çatışmazlığı sidik axarlarında duzların yığılmasına və böyrək daşı riskinin artmasına səbəb ola bilər.
Həkim tövsiyə edib ki, gündə azı 1.5–2 litr təmiz su içilməli, şəkərli içkilər və kafeinlə zəngin məhsullardan yayda mümkün qədər uzaq durulmalıdır.
Tilyard xüsusilə yaşlı insanlarda susuzluq hissinin zəiflədiyini və buna görə maye qəbulunun gündəlik planlı şəkildə aparılmasının vacibliyini vurğulayıb.