Sidney Texnologiya Universitetinin mikrobiologiya üzrə professoru Dr. James Howell, ananas meyvəsinin təbii fermentlərlə zəngin olduğunu və bu xüsusiyyətin həzmi əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirib.

Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, ananasdakı bromelain fermenti xüsusilə protein parçalanmasında aktiv rol oynayır və qarın köpü, ağırlıq hissi kimi halların qarşısını alır. Dr. Howell qeyd edib ki, Avstraliya mətbəxində ananas yalnız desert kimi deyil, həm də əsas yeməklərdə – xüsusilə ət yeməkləri ilə birlikdə istifadə edilir.

Bu, yeməyin həm dadını zənginləşdirir, həm də həzmini asanlaşdırır. Mütəxəssis ananası soyuq halda və tərkibində əlavə şəkər olmadan qəbul etməyi məsləhət görür. O bildirir ki, bu tropik meyvə bağırsaq mikroblarını aktivləşdirərək immun sisteminə də dəstək olur.