Kanadanın Toronto Universitetindən klinik psixoterapevt və funksional qidalanma üzrə tədqiqatçı Dr. Alison Greer, qırmızı mərcini “həm bədən, həm də beyin üçün təbii antidepressant” adlandırıb.

Foodinfo.az bildirir ki, onun dediyinə görə, bu məhsulun tərkibindəki fol turşusu, B6 vitamini və triptofan maddəsi beyində serotonin ifrazını artırır. Bu da insanda emosional sabitlik, sakitlik və pozitiv əhval-ruhiyyə yaradır. Dr. Greer əlavə edib ki, mərci ilə hazırlanan sadə şorbalar və ya salatlar, xüsusilə dəyişkən hava şəraitində və stresli günlərdə, əhvalın yüksəlməsinə təsir göstərir.

Kanada xəstəxanalarının bəzi klinik menyularında artıq mərci yeməkləri test mərhələsindədir. Mütəxəssis onu da vurğulayıb ki, qırmızı mərci mədə üçün yüngül və asan həzm olunan qidadır.