
London Uşaq Sağlamlığı İnstitutunun pediatrı və tədqiqatçısı doktor Elizabet Taylor qeyd edib ki, yüksək yağ, şəkər və qatqı tərkibli fast food məhsulları uşaqların neyropsixoloji inkişafına mənfi təsir göstərə bilər.
Foodinfo.az bildirir ki, BBC Health bölməsində yayımlanan məqalədə mütəxəssis bu qidaların diqqət dağınıqlığı, aqressiv davranış və yuxu problemləri ilə əlaqəli olduğunu vurğulayıb.
Taylor valideynləri evdə təbii məhsullardan istifadə etməyə və uşaqlara meyvə, tərəvəz, tam taxıl məhsulları təklif etməyə çağırıb.