Almaniyalı dietoloq və qida mütəxəssisi doktor Mikael Kornelius yay mövsümündə qrilin sağlamlıq baxımından təhlükələrindən danışıb.

Foodinfo.az bildirir ki, Der Spiegel portalına açıqlamasında ekspert bildirib ki, yüksək temperaturda yandırılaraq bişirilən ətlərdə polisiklik aromatik karbohidrogenlər (PAK) əmələ gələ bilər.

Bu maddələr potensial kanserogen təsirə malikdir və uzunmüddətli istehlak zamanı xərçəng riskini artıra bilər.

Həkim tövsiyə edib ki, ətləri əvvəlcədən marinadlamaq və onları kömürlə deyil, qazla bişirmək riskləri azaltmağa kömək edir.