
Kefir südün xüsusi mayalar və probiotik bakteriyalarla fermentasiya olunması ilə hazırlanan qıcqırdılmış süd məhsuludur. Qədim Qafqaz və Orta Asiya mətbəxlərində “uzun ömür içkisi” kimi tanınan kefir, zəngin probiotik tərkibi, vitamin və minerallarla sağlamlıq üçün bir çox fayda təmin edir. Gündəlik istifadə zamanı orqanizmin bir çox sisteminə müsbət təsir göstərir və bəzi xəstəliklərin qarşısını almaqda yardımçı olur.
Foodinfo.az kefirin faydalarını təqdim edir:
– Kefir probiotiklərlə zəngin olduğu üçün bağırsaq florasını balansda saxlayır.
– Qəbizlik, şişkinlik, həzm pozğunluğu və qıcıqlanmış bağırsaq sindromu (IBS) kimi hallarda faydalıdır.
– Antibiotik istifadəsindən sonra bağırsaq florasını bərpa etməyə kömək edir.
– Kefirin tərkibindəki laktoferrin, biotin və probiotiklər immun hüceyrələrin fəaliyyətini gücləndirir.
– Soyuqdəymə və virus infeksiyalarına qarşı bədəni daha dayanıqlı edir.
– Allergiyalara qarşı da bəzi qoruyucu təsirləri ola bilər
– Kefir mədədəki faydalı bakteriyaların çoxalmasını təmin edir.
– Helicobacter pylori bakteriyasının təsirini azaldır.
– Qastrit və mədə turşuluğunun pozulması kimi hallarda mədəni rahatlaşdırır. Mədə yarası olanlar həkim nəzarəti ilə istifadə etməlidir.
– Kefir yüksək miqdarda kalsium, D vitamini, K2 vitamini və maqnezium ehtiva edir.
– Osteoporoz (sümük əriməsi) riskini azaldır.
– Uşaqların və yaşlıların sümük sağlamlığı üçün əla dəstəkdir.
– Təbii və şəkərsiz kefir qan şəkərinin tənzimlənməsinə kömək edir.
– İnsulin həssaslığını artırır və metabolizmanı canlandırır.
– Pəhrizdə südlə əvəz edilərək şəkərli diabetli şəxslərə uyğundur.
– Ekzema, sızanaq və allergik dəri reaksiyalarının əsas səbəblərindən biri bağırsaq pozğunluqlarıdır. Kefir bağırsaq sağlamlığını bərpa etdiyindən dolayı dəriyə müsbət təsir göstərir.
– Dərinin parlaqlığını və nəm balansını qorumağa kömək edir.
– Kefirdə olan triptofan və B vitaminləri sinir sistemini gücləndirir.
– Yuxusuzluq, əsəbilik və depressiya hallarını yüngülləşdirir.
Süd məhsullarına qarşı laktaza çatışmazlığı və ya allergiyası olanlar, kəskin mədə yarası və ya ağır həzm pozğunluğu olan, aşağı təzyiqi olan şəxslər bu qidadan uzaq durmalıdır.