Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi və Kliniki Mərkəzinin stomatologiya şöbəsinin müdiri Nataliya Xvatova yaşlı insanlar üçün diş sağlamlığı ilə bağlı mühüm məsləhətlər verib.

Foodinfo.az bildirir ki, Gazeta.Ru ilə söhbətində o, qocalıqda ağız və dişlərin sağlam qalması üçün balanslı qidalanmanın vacibliyini vurğulayıb.

Həkimin sözlərinə görə, balıq və ət diş sağlamlığı üçün mühüm mikroelementlərlə zəngindir. Belə ki, balıq ftorla, ət isə dişlərin möhkəmliyində və damaq sağlamlığında mühüm rol oynayan B12 vitamini ilə zəngindir.

Nataliya Xvatova əlavə edib ki, süd məhsulları da dişlər üçün faydalıdır. Onların tərkibindəki kalsium diş minasını möhkəmləndirir və çürümənin qarşısını almağa kömək edir.

Mütəxəssis həmçinin C vitamininin əhəmiyyətini vurğulayıb. Onun çatışmazlığı tarixi dövrlərdə sinqa kimi ağır xəstəliklərə və dişlərin tökülməsinə səbəb olub.

Xvatova yaşlı insanlara tərkibi zəngin və təbii olan qidalara üstünlük verməyi, diş və damaq sağlamlığını qorumaq üçün həm heyvani, həm də bitki mənşəli vitamin və mineralları balanslı şəkildə qəbul etməyi tövsiyə edib.