Qaya duzu təbii, emal olunmamış duz növü kimi bədəndə mineral balansını qorumaqda və ümumi sağlamlığı dəstəkləməkdə mühüm rol oynayır. Tərkibində natrium xloriddən əlavə maqnezium, kalsium, kalium və dəmir kimi faydalı minerallar da var. 

Foodinfo.az xəbər verir ki, qaya duzu orqanizmin su-duz tarazlığını təmin edərək susuzlaşmanın qarşısını alır, əzələ və sinir funksiyalarını dəstəkləyir.

Həzm sistemini gücləndirir, mədə turşusunu tənzimləməyə və qaraciyərin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. 

Qan dövranını stimullaşdırır, bəzi hallarda təzyiqi balansda saxlamağa yardımçı olur. Xarici istifadədə isə dərini yumşaldır, əzələ yorğunluğunu azaldır və ağız qarqarası şəklində istifadə olunduqda ağız mikroblarına qarşı təsir göstərir.

Ancaq miqdarı düzgün tənzimlənməlidir. Gün ərzində 1 çay qaşığından çox olmamaq şərti ilə istifadə olunsa, qaya duzu həm mətbəxdə, həm də təbii şəfa vasitəsi kimi faydalıdır.