
Buenos Ayres Universitetinin dietoloqu Dr. Camila Rodríguez, qara lobyanın bağırsaq mikroflorasını dəstəkləyən ən güclü bitki mənşəli qidalardan biri olduğunu açıqlayıb.
Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu paxlalı məhsulun tərkibində həll olunan liflər, antioksidantlar və bitki proteinləri boldur. Dr. Rodríguez qeyd edir ki, gündəlik bir porsiya qaynadılmış qara lobya həm qəbizliyi aradan qaldırır, həm də bağırsaq florasının balansını qoruyur.
Bu da immun sisteminin möhkəmlənməsinə və metabolizmanın sürətlənməsinə şərait yaradır. Argentinalı mütəxəssis bildirib ki, ölkədə “lobya salatları” son illər məktəb menyularında da yer alır. Onun fikrincə, xüsusən vegetarian və ya vegan qidalanan insanlar üçün qara lobya əvəzolunmaz mənbədir.