
Norveçin Bergen Universitetinin alimləri balıq yağının yaşa bağlı yaddaş problemlərinin qarşısını almaqda mühüm rol oynadığını sübut ediblər.
Foodinfo.az bildirir ki, xüsusilə Omeqa-3 yağ turşuları sinir hüceyrələrinin qorunmasında təsirli sayılır.
Tədqiqatda iştirak edən nevrolog Knut Larsen qeyd edir ki, gündəlik balıq yağı qəbul edən şəxslərin beyin fəaliyyətində daha az tənəzzül müşahidə olunub.
Eyni zamanda, bu əlavə depressiya simptomlarının azalmasında da müsbət təsir göstərmişdir.
Mütəxəssislər balıq yağı əlavələrini deyil, təbii qidalanma yolu ilə – məsələn, qızılbalıq, skumbriya və sardina ilə qəbul etməyi tövsiyə edir.