
İtaliyanın Parma Universitetinin alimləri pendirin tərkibindəki bəzi bioaktiv peptidlərin qan təzyiqini tənzimləyə bildiyini müəyyən ediblər.
Foodinfo.az bildirir ki, araşdırmaya görə, xüsusilə yaşlı parmesan və pecorino pendirləri damar genişlədici təsir göstərir. Həftədə üç-dörd dəfə 30 qramdan çox olmayan porsiyalarla istehlak ürək-damar sistemini gücləndirə bilər.
İtalyan dietoloq Karla Santini qeyd edir ki, pendir tərkibindəki kalsium və zülalla yanaşı, bədəndə iltihab əleyhinə təsir yaradan maddələr daşıyır. Əlbəttə, duz miqdarı yüksək olan pendirlərdən uzaq durmaq şərtdir.
Araşdırmada qeyd olunur ki, pendir, balanslı qidalanma rejimində digər tərəvəz və taxıllarla birlikdə istifadə olunmalıdır. Mütəxəssislər, pendiri əsas yemək deyil, əlavə komponent kimi qəbul etməyi tövsiyə edir.