Qəhvə tərkibindəki kofein və antioksidantlar sayəsində zehni oyadır, diqqəti artırır və yuxululuğu azaldır. 

Foodinfo.az xəbər verir ki, orta miqdarda içildikdə yaddaşı gücləndirə, Alzheimer və Parkinson kimi nevroloji xəstəliklərin riskini azalda bilər. 

Maddələr mübadiləsini sürətləndirərək yağ yandırmaya kömək edir və idman performansını artırır.

Qəhvə həmçinin əhvalı yaxşılaşdırır, çünki dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını stimullaşdırır.

Tərkibindəki antioksidantlar hüceyrələri qocalmadan qoruyur və ürək-damar sisteminə də müəyyən qoruyucu təsir göstərir. 

Lakin yüksək təzyiq, mədə turşusu və ürək çarpıntısı kimi hallarda ehtiyatla istifadə olunmalıdır. Gündə 1–2 fincan şəkərsiz, təbii qəhvə sağlamlıq üçün kifayət və faydalıdır.