Dubay Tibb Universitetinin araşdırmalarına əsasən, xurma qanda şəkəri sürətlə artırmadan enerji verir və toxluq hissini tənzimləyir.

Foodinfo.az bildirir ki, tədqiqatçı dietoloq Layla Al-Zahrani qeyd edir ki, xurmanın tərkibində təbii fruktoza, kalium və B vitaminləri var ki, bu da xüsusilə oruc tutan şəxslər üçün faydalıdır.
Eyni zamanda, xurma qəbizlik probleminin qarşısını alır və bağırsaq hərəkətlərini aktivləşdirir.
Ən yaxşı nəticə üçün gün ərzində 2-3 ədəd xurma tövsiyə olunur, xüsusilə səhər və ya idmandan sonra.