Səhər acqarına qəbul edilən bəzi məhsullar orqanizmin sağlam fəaliyyətini dəstəkləyir. Foodinfo.az bildirir ki, mütəxəssislər limonlu ilıq su içməyi ilk seçim kimi tövsiyə edirlər. Bu qarışım bədəni toksinlərdən təmizləyir və həzmi sürətləndirir.

Ardınca, bal və çiy sarımsaq yemək immun sistemini gücləndirir. Sarımsaq bədəndə zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Bal isə orqanizmdəki enerji ehtiyatını təmin edir. Üçüncü məhsul isə badamdır.

Acqarına 5-6 ədəd badam yemək ürək-damar sağlamlığını qoruyur. Badam qanda pis xolesterini azaldır və beyin funksiyasını gücləndirir. Mütəxəssislər bu qidaları səhərlər müntəzəm qəbul etməyi tövsiyə edirlər.