İtalyan alimlərinin apardığı araşdırmaya görə, gündə üç fincan qəhvə ürək-damar sisteminə müsbət təsir göstərir. Foodinfo.az bildirir ki, Kofein arterial təzyiqi qısa müddətə artıra bilər, lakin uzunmüddətli istifadə damar elastikliyini yaxşılaşdırır.


Kardioloq Dr. Lorenzo Ferri bildirib ki, qəhvədəki polifenollar antioksidant təsir göstərərək damarları qoruyur. Lakin şəkərli və südlü qəhvələr bu effekti azalda bilər. Ekspertlər tünd qara qəhvənin daha faydalı olduğunu bildirir.