Badımcan həm vitamin, həm də minerallarla zəngin tərəvəzlərdən biridir. Araşdırmalara görə, bu tərəvəz xolesterin səviyyəsini aşağı salmaq qabiliyyətinə malikdir. Mütəxəssislər badımcanın ürək-damar xəstəliklərinin profilaktikasında əhəmiyyətli rol oynadığını vurğulayırlar.
Foodinfo.az bildirir ki,

Tərkibindəki kalium ürək ritmini tənzimləyir və təzyiqi normallaşdırır. Badımcan sinir sistemini sakitləşdirən təbii vasitə kimi də tanınır. Antioksidantlarla zəngin olan bu tərəvəz orqanizmdə sərbəst radikalların təsirini azaldır. Həzm sistemini yaxşılaşdıraraq qəbizlik probleminə qarşı təsirlidir. Mütəxəssislər badımcanın qızardılmış deyil, sobada və ya buğda bişirilməsini məsləhət görürlər.

Tərkibindəki fol turşusu hamilə qadınlar üçün də faydalıdır. Dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir və yaşlanmanı ləngidir. Badımcanın müntəzəm istifadəsi mədə-bağırsaq problemlərinin qarşısını alır.