İnsanda qəfil olaraq qırmızı rəngli ərzaqlara həvəs yarananda bunun arxasında bədənlə bağlı gizli səbəblər dayanır. Foodinfo.az Abzac-a istinadla xəbər verir ki, mütəxəssislər bu meylin çox vaxt bəzi maddələrin çatışmazlığı ilə əlaqəli olduğunu bildirirlər.
Pomidor, qırmızı bibər, çiyələk kimi tərəvəz və meyvələrə istək likopin və karotinoid ehtiyacının artmasından xəbər verir. Bu maddələr bədəndəki iltihabları zəiflədir, dərinin sağlam görünüşünü dəstəkləyir, günəş şüalarından qoruyur və qan dövranını gücləndirir.
Eyni zamanda qırmızı ət və qaraciyərə meyl bədənin dəmir, B qrupu vitaminləri və sinkə ehtiyacını göstərə bilər. Belə çatışmazlıq yorğunluq, oksigen azlığı, xəstəlik sonrası zəiflik, hamiləlik və ya vegeterian qidalanma zamanı daha çox müşahidə olunur. B qrupu vitaminləri isə stressə reaksiyanı tənzimləyir və əhval-ruhiyyənin qorunmasında vacib rol oynayır.






