Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb. "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub. Faktla bağlı araşdırma aparılır.  ("Report")