Starbucks, genişlənmə planları çərçivəsində dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çində 3000 yeni Starbucks kafe-mağazasını açacağını bildirib.
Hazırda Çində 3300 kafe-mağazası olan Starbucks, beləliklə, kafe-mağaza sayını az qala iki dəfə artıracaq və 2022-ci ildən əvvəl 6000 həddini keçəcək.
ABŞ-ın qəhvəxana şəbəkəsi sadə bir hesabla ildə 600, hər 15 saatda isə 1 Starbucks kafe-mağazası açmış olacaq.
Bəzi ekspertlərə görə, Starbucks, ənənəvi bir çay ölkəsi olan Çində həyata keçirəcəyi bu qəhvə əməliyyatı ilə riskə gedir. Starbucks isə əməliyyat gəlirini və mənfəətini artırmağı planlaşdırır.
2017-ci ilin sonuna olan məlumata görə, dünya üzrə 27 minə yaxın kafe-mağazası olan Starbucks, dekabr ayında Çinin Şanxay şəhərində ən böyük şöbəsini açıb. (Marja.az)
Son xəbərlər
- İmtahandan əvvəl yaddaşı gücləndirən qidalar
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq