Daim müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti uğura imza atıb.
Belə ki, ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun”u təmsil edən mini futbol komandası müxtəlif şirkətlərin iştirak Azfar Biznes Liqası Yaz Kubokunun qalibi olub. 2 ay davam edən turnirdə bütün rəqiblərindən üstün olan komanda finalda “Universal” komandası ilə üz üzə gəlib. Görüşün əvvəlində 1-3 hesabı ilə məğlub duruma düşən “Azərsun”lular geri dönüş edərək 5-3 hesabı ilə irəli keçərək turnirin qızıl medallarını qazanıblar. Beləliklə “Azərsun Holdinq” komandası Payız Kubokunun ardınca Yaz kubokunun da qalibi olub.
Qeyd edək ki, adıçəkilən Şirkətlər Qrupu əməkdaşlarının asudə vaxtının səmərəli keçirilməsi mütəmadi olaraq fərqli idman növləri və intellektual oyunlar üzrə turnirlər təşkil edir və qalibləri dəyərli hədiyyələrlə təltif edir.
Son xəbərlər
- Şaftalı bu xəstəliyi olanlara faydalıdır
- Bu ədviyyatı zeytun yağı ilə qarışdırın
- İmtahandan əvvəl yaddaşı gücləndirən qidalar
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız