ABŞ-ın ən iri paketlənmiş qida şirkətlərindən biri olan "Conagra Brands", dondurulmuş qida şirkəti "Pinnacle Foods"ı 10,9 milyard dollara satın alacaq.
"Conagra Brands"dən verilən açıqlamada, satınalma üçün "Pinnacle Foods"a borcları daxil olmaqla 10,9 milyard dollar ödənəcəyi qeyd edilib. Hər iki şirkətin idarəetmə komissiyaları satınalmaya razılıq verib.
Satınalma sayəsində "Conagra Brands"ın dondurulmuş sahəqida sindəki mövcudluğu güclənəcək.Şirkətin böyümə profilinin də güclənəcəyi vurğulanıb.
Açıqlamanın ardından "Conagra Brands"in Nyu-york birjasında ticarət olunan səhmləri ilk yarım saatda 7,1 faiz, "Pinnacle Foods" səhmləri isə 4,2% ucuzlaşıb. (Marja.az)
Son xəbərlər
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq
- Limon dilimlərini dondurun - 6 MƏSLƏHƏT