Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 17-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitədən Foodinfo.az-a verilən məlumata görə, budəfəki hərraca 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 25 kvadratmetr ilə 9 297 kvadratmetr arasında dəyişir. Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək
Qeyd edək ki, özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı emdk.gov.az və privatization.az saytından almaq olar.
Son xəbərlər
- Gavalı bu dərdlərə çarə imiş
- Maddələr mübadiləsinin sürətini artıran və arıqlamağı asanlaşdıran qidalar
- Dondurulmuş çörəyin faydaları nələrdir?
- Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə festivalda iştirak edib
- Yuxu üçün ən yaxşı və ən pis qidalar
- Hər kəsin evində olan bu tərəvəzləri yeməmək daha yaxşıdır