"İpək su" şirkəti sosial şəbəkədə Zaur Əliyev adlı istifadəçinin paylaşdığı məlumata münasibətini bildirib. Məsələ ilə bağlı şirkətin satış departamentindən Foodinfo.az-a bildirilib ki, Zaur Əliyev adlı müştərinin paylaşdığı məlumat tam sübuta olunmayıb: "İlk öncə onu bildirək ki, 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstəririk. İlk dəfədir ki, belə bir halnan üzləşirik. İstənlən şəxs gəlib bizim şirkətdə suların qablara doldurulması prosesini izləyə bilər. Biz həmin müştəri ilə də danışıb onu şirkətimizə dəvət etmişik. Çünki saqqızın qabın dibində olması halı mümkün olan bir şey deyil. Bizim müəssədə bütün proses komputerləşmiş avadanlıqlarla aparılır. İnsan faktoru bu prosesdə iştirak etmir. Qabların yuyulması, suların doldurulması və s bunların hamısı ən son avadanlıqlar vasitəsi ilə həyata keçirilir. Bundan başqa biz müvafq dövlət qurumları ilə işləyirik onlar bizə sertifikatlar veriblər. Bizim tərəfdən belə bir xoşagəlməz addımız atılması heç vaxt mümkün deyil" Qeyd edək  ki, "İpək su" şirkətinin Zaur Əliyev adlı müştərisi sosial şəbəkədə status yazaraq 20 litrlik su qabının dibində çeynənmiş saqqız aşkar etdiyini bildirib. Foodinfo.az