“Lerik Broyler” MMC “Azərişıq” ASC-ni məhkəməyə verib.
Foodinfo.az xəbər verir ki, şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.
Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən ləğv edib.
İşə Ali Məhkəmədə baxılır.
Qeyd edək ki, Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan “Lerik Broyler” MMC-nin məhsulları “Lebro” brendi ilə satışa çıxarılır.
İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş ofisi Bakı şəhərindədir.
Foodinfo.az
Son xəbərlər
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq
- Limon dilimlərini dondurun - 6 MƏSLƏHƏT
- Həkim təhlükəli kulinariya səhvlərindən danışıb
- D vitaminini qorumaq üçün yumurtanı necə saxlamaq olar?