“Azərsun Holdinq” MMC yeni vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, şirkət mühafizəçi vəzifəsində işləmək üçün işçi axtarır. İş yeri: Tovuz rayonu Qəbul ediləcək işçi sayı: 1 Son müraciət tarixi: 28.04.2018 Ümumi məlumatlar: - 20-30 yaş aralığında namizədlər; - Fiziki cəhətdən sağlam və mühafizə üçün yararlı olmalı; - Boy 175 sm-dən yuxarı olmalı; - Tam hərbi xidmət keçməli; - Mühafizə Sertifikatı olanlara üstünlük verilir. İş haqqında məlumat: - Təsdiq edilmiş İş Qrafikinə uyğun olaraq xidməti təşkil etmək; - Rəsmi prosedurlara əsasən obyekt və postu təhvil almaq və təhvil vermək; - Müəssisə işçilərinin və qonaqların giriş-çıxışlarını qeydiyyata almaq və nəzarət etmək; - Məsul olduğu obyekt və postlarda səlahiyyəti daxilində təhlükəsizlik mühiti yaratmaq; - Tabe olduğu rəhbərlər tərəfindən verilən təlimat və göstərişləri yerinə yetirmək. İş şərtləri: İş rejimi növbəlidir. Vakansiya ilə bağlı hr.azersun.com saytına müraciət etmək lazımdır.