"Azərsun Holdinq" MMC yeni vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, müfəttiş köməkçisi üzrə vakant yerlərin sayı 4-dür. İş yeri: Bakı ş. və bölgələr Qəbul ediləcək işçi sayı: 4 Son müraciət tarixi: 21.03.2018  Ümumi məlumatlar: • Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı; • 22-30 yaş arası olmalı; • Ən azı 2 il iş təcrübəsi olmalı; • Ingilis dilini bilməsi arzu olunandır; • MS Office və mühasibat uçotu proqramlarını yüksək səviyyədə bilməli; • Əsasnamələri, daxili qayda qanunları bilməli. İş haqqında məlumat: • Müəssisəyə aid olan iş yerlərinin periodik olaraq maliyyə və inzibati təftişlərini edən müfəttişlərə köməklik göstərmək; • Qanunverciliyin əsaslarını bilməli, normativ aktları və sərəncamları izləməli; • İş ilə bağlı ezamiyyətdə olmalı, lazım gəldikdə iş saatından artıq çalışa bilməli; • Mühasibat hesabatlarının tərtib və təqdim etməlidir. İş şərtləri: Həftə içi hər gün Müraciət et.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.