Məşhur “Atena” məhsullarının kafe və restoranlara çatdırılmasında problem yaranıb.
Foodinfo.az-ın məlumatına görə, marketlər “Atena” məhsullarını ala bilsə də, artıq 4 gündür bəzi kafe və restoronlar bu şirkətin məhsullarını (ayran, qatıq və pendir) ala bilmir. İaşə obyeklərindən birinin sahibi bildirib ki, məsələ ilə əlaqədar bu şirkətin məhsullarının paylanması ilə məşğul olan ekspeditorla əlaqə saxlayıb: “Ekspeditor bildirdi ki, onu və bir neçə işçini xaric ediblər. Ona görə də məhsulların çatdırılmasında problemlər yaranıb”.
“Atena” MMC-dən Foodinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, şirkətin ekspeditorları yoxdur və məhsulların distribusiyası ilə “Atropatena” şirkəti məşğuldur. “Müraciətinizdən sonra onlarla əlaqə saxladıq, daşınmada heç bir problem olmadığını, işlərin əvvəlki qaydada davam etdiyini bildirdilər”.
Qeyd edək ki, “Atena” MMC 2011-ci il mayın 11-də fəaliyyətə başlayıb. Şirkət gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirir. Şirkət 40 növ fərqli məhsul (süd, qatıq, ayran, pendir) istehsal edir.
Foodinfo.az
Son xəbərlər
- İmtahandan əvvəl yaddaşı gücləndirən qidalar
- Diyetoloq viaqra kimi fəaliyyət göstərən bir tərəvəzin adını çəkdi
- 15 dəqiqə ərzində qan şəkərinin səviyyəsini aşağı salır
- Yatmazdan 2 saat əvvəl bir dilim yesəniz, gecəni rahat yatarsınız
- Fasiləli aclığı dayandırmalı olduğunuz üç mühüm əlamət
- Bu üsul sağlamlığınıza zərər vermədən qəhvənizə şirinlik qatacaq