Çobanyastığı çayı əsrlərdir xalq təbabətində sakitləşdirici və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Bu bitki çayı müxtəlif sağlamlıq problemlərinə qarşı təbii və yumşaq təsir göstərir. 

Foodinfo.az xəbər verir ki, çobanyastığı çayı ən çox yuxusuzluq, stress, narahatlıq və həzm pozğunluqları zamanı istifadə olunur.

Eyni zamanda çobanyastığı çayı mədə turşusunu azaldır, bağırsaq spazmlarını yüngülləşdirir və qəbizliyə qarşı kömək edir. 

Soyuqdəymə və qrip hallarında isə bədəni rahatladaraq tərləməni artırır, immuniteti gücləndirir. 

Aybaşı ağrıları zamanı uşaqlıq əzələlərini boşaldaraq ağrını azaldır.

Çay xaricdən istifadə olunduqda dəri qızartıları, sızanaq və iltihablar üçün də faydalıdır. 

Hər gün 1–2 fincan içilməsi kifayətdir. Lakin hamilə qadınlar və allergiyası olanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.