“LabQuest” tibbi şirkətinin həkim-eksperti Vera Seriojina meyvə çipslərinin sağlam qəlyanaltı olduğunu açıqlayıb.

Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, müasir texnologiyalar sayəsində meyvələr minimum vitamin itkisi ilə qurudula bilir və məhsullar təbii şəkildə saxlanır.

Mütəxəssis qeyd edib ki, alma, armud, sitrus və digər meyvələrdən hazırlanmış qurudulmuş dairəvi dilimlər fripsi adlanır və orqanizm üçün faydalı alternativ qidalanma üsuludur.

Seriojina əlavə edib ki, yalnız çipslər deyil, həm də meyvə və giləmeyvələrdən hazırlanan pastila da sağlam seçim hesab olunur. Pastila sonradan dilimlənərək quru şəraitdə uzun müddət saxlanıla bilər.

Ekspertin sözlərinə görə, belə məhsulların hazırlanmasında əsas qayda onların təbii saxlanılmasıdır. Şəkər, duz və marinaddan minimum istifadə məhsulun keyfiyyətini qoruyur.

Həkim vurğulayıb ki, təbii şəkildə hazırlanmış bu qəlyanaltılar mədə, qaraciyər, mədəaltı vəzi və bağırsaqların sağlamlığını qorumağa kömək edir.