
Turpun qırmızı, ağ, qara və bənövşəyi növləri sağlamlıq üçün fərqli faydalar təqdim edir. Rənginə görə tərkibindəki vitamin və mineralların miqdarı dəyişir.
1. Qırmızı turp – ən çox istehlak edilən növdür. C vitamini, kalium və liflə zəngin olduğu üçün immuniteti gücləndirir, həzmi yaxşılaşdırır və dəri sağlamlığını dəstəkləyir.
2 Ağ turp – qaraciyər və öd kisəsinin fəaliyyətinə müsbət təsir göstərir, yağların parçalanmasını sürətləndirir. Arıqlamaq istəyənlər üçün məsləhət görülür.
3. Qara turp – ən faydalı turp növlərindən sayılır. Xüsusilə öskürək və tənəffüs yolu xəstəliklərində faydalıdır. Safra axınının yaxşılaşmasına və qaraciyərin təmizlənməsinə kömək edir.
4. Bənövşəyi turp – nadir növdür, amma güclü antioksidantlarla zəngindir. Bədənin sərbəst radikallara qarşı müdafiəsini artıraraq xərçəng riskini azaldır.
Həkimlər bildirirlər ki, hər növ turp orqanizm üçün dəyərlidir, lakin qaraciyər və tənəffüs sağlamlığı üçün qara turp, ümumi immunitet üçün isə qırmızı turp daha çox fayda verir.
Faydalarından maksimum yararlanmaq üçün müxtəlif rəngli turpları rasiona növbəli şəkildə əlavə etmək lazımdır.