
Kafein düzgün miqdarda qəbul edildikdə zehni və fiziki fəaliyyətə müsbət təsir göstərir. Ən əsas təsiri beyin funksiyalarını aktivləşdirməsidir.
Foodinfo.az xəbər verir ki, kafein diqqəti artırır, yuxululuğu azaldır və daha ayıq qalmağa kömək edir. Bu səbəbdən iş və dərs zamanı məhsuldarlığı artırmaq üçün tez-tez istifadə olunur.
Bundan əlavə, kafein maddələr mübadiləsini sürətləndirərək enerji səviyyəsini qaldırır və idman zamanı fiziki dözümlülüyü artırır.
Araşdırmalar göstərir ki, müntəzəm və orta səviyyədə kafein qəbul edən insanlarda Alzheimer və Parkinson kimi neyroloji xəstəliklərin riski bir qədər azalır.
Kafein həm də bağırsaq hərəkətlərini stimullaşdıraraq qəbizliyin qarşısını ala bilər.
Ancaq həddindən artıq qəbul edildikdə yuxusuzluq, əsəbilik, ürək döyüntülərinin artması və mədə turşuluğu kimi mənfi təsirlər yarada bilər.
Gündəlik tövsiyə olunan miqdar təxminən 300-400 mq-dır (təxminən 3-4 fincan qəhvə).