
Zeytun yağı ürək sağlamlığını qorumaqla yanaşı, həzmi də yaxşılaşdırır. Foodinfo.az bildirir ki, bu yağın tərkibindəki doymamış yağ turşuları bağırsaq hərəkətlərini tənzimləyir. Zeytun yağı mədə-bağırsaq sisteminin sağlamlığını dəstəkləyir və qəbizlik problemlərinin qarşısını alır.
Eyni zamanda, bağırsaqdakı iltihabları azaldır. Mədə turşusunun səviyyəsini tarazlayaraq həzm prosesini asanlaşdırır. Zeytun yağı antioksidant xüsusiyyətlərə malikdir və xərçəng əleyhinə təsir göstərir. Həftədə 2-3 dəfə 1-2 xörək qaşığı zeytun yağı istifadə etmək məsləhət görülür.
Bu yağ həmçinin dərini nəmləndirir və yaşlanma əlamətlərini azaldır. Zeytun yağı orqanizmdəki pis xolesterolu azaldır və yaxşı xolesterolu artırır. Həmçinin qəlbdəki damarları açır və qan dövranını yaxşılaşdırır. Zeytun yağı orqanizmin ümumi sağlamlığı üçün vacibdir. Qızardılmadan istifadəsi daha faydalıdır.