Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi 129 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mirzəyeva Esmira Zakir qızına məxsus “Görüş” kafesində yoxlama keçirib. 

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Baxış zamanı kafedə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulunda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.