
Axşam saatlarında ağır yeməklər qəbul etmək sağlamlığa ciddi təsir edir. Foodinfo.az bildirir ki, gecə yeməyi yuxu keyfiyyətini aşağı salır və orqanizmi yorur. Qida gec həzm olunduğundan mədə-bağırsaq problemlərinə yol açır. Xüsusilə yağlı və şirin qidalar gecə insulin səviyyəsini kəskin artırır.
Bu isə piylənmə və şəkər xəstəliyi riskini artırır. Gecə qidalanması bədən ritmini pozaraq maddələr mübadiləsini zəiflədir. Qaraciyərin fəaliyyətini yavaşladaraq toksinlərin yığılmasına səbəb olur. Ürək-damar sisteminə əlavə yük salır və təzyiqi yüksəldə bilər.
Gecə qəbul edilən qidalar səhər halsızlıq və yuxusuzluq yaradır. Həmçinin bağırsaq hərəkətlərini zəiflədərək qəbizlik riskini artırır.
Mütəxəssislər saat 20:00-dan sonra yeməkdən uzaq durmağı tövsiyə edir.