Liflə zəngin qidaların gündəlik rasiona daxil edilməsi çəki nəzarətində əhəmiyyətli təsir göstərir. Kifayət qədər lif qəbul edən insanlarda toxluq hissi daha uzun sürür və bu da artıq kalori qəbulunun azalmasına kömək edir.
Foodinfo.az xəbər verir ki, lif mədədə şişərək həzmi ləngidir və qida qəbulundan sonra qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır. Bu isə gün ərzində qəfil aclıq hissinin və şirin qidalara meylin azalmasına səbəb olur.
Həmçinin lif bağırsaq fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsini dəstəkləyir və həzm sisteminin sağlam işləməsinə kömək edir.
Xüsusilə paxlalılar, tam taxıllar, tərəvəz və meyvələrin daha çox istehlakını tövsiyə edirlər. Yulaf, mərcimək, noxud, brokoli, alma və armud kimi qidalar lif baxımından zəngin hesab olunur.
Böyüklər üçün gündəlik lif ehtiyacı orta hesabla 25–35 qramdır. Bununla belə, lif qəbulu tədricən artırılmalı və kifayət qədər su içilməlidir.
Sağlam həyat tərzi və balanslı qidalanma ilə birlikdə lifli qidaların istehlakı artıq çəki riskini azaltmağa kömək edə bilər.






