Qaraciyər orqanizmin təmizləyici orqanı hesab olunur və onun sağlamlığını qorumaq üçün bəzi təbii məhsullar xüsusi əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, mütəxəssislər xüsusilə zəncəfilin qaraciyərdə toksinləri parçalama və iltihabı azaltma xüsusiyyətinə diqqət çəkir.

Digər təsirli məhsul çuğundurdur. Tərkibindəki antioksidantlar qaraciyər hüceyrələrini yeniləyir və orqanizmdən zərərli maddələri çıxarır. Sarıkök isə qaraciyərdə yağ yığılmasının qarşısını alır və iltihabı azaldır.

Bundan əlavə, yaşıl çay güclü antioksidant tərkibi ilə qaraciyər funksiyalarını dəstəkləyir. Limon suyu isə bədəni təmizləyir, həzmi yaxşılaşdırır və qaraciyərin fəaliyyəti üçün faydalıdır.