Acılı yeməklərin sağlamlığa təsiri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Bəziləri belə qidaların ürək üçün təhlükəli olduğunu və hətta infarkt riskini artıra biləcəyini düşünür.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kardioloq Marina Şelyaqoviçin sözlərinə görə, acılı qida təkbaşına miokard infarktına səbəb olmur. O qeyd edir ki, hər hansı qida məhsulu birbaşa infarkt yaratmaq gücünə malik deyil.

Mütəxəssis vurğulayır ki, infarkt riskini artıran əsas amillər daha çox qeyri-sağlam həyat tərzi ilə bağlıdır. Bunlara piylənmə, qanda xolesterinin yüksək olması, arterial hipertenziya, siqaret çəkmək, şəkərli diabet, fiziki hərəkətsizlik, stress və spirtli içkilərdən həddindən artıq istifadə daxildir. Buna görə də ürək sağlamlığını qorumaq üçün balanslı qidalanma və aktiv həyat tərzi böyük əhəmiyyət daşıyır.