
Dərinin sağlam və parlaq görünməsi üçün qidalanma mühüm əhəmiyyət daşıyır. A vitamini ilə zəngin kök və şirin kartof dərini yeniləyir. Foodinfo.az xəbər verir ki, C vitamini kollagen istehsalını artıraraq dərini möhkəmləndirir.
Yaşıl yarpaqlı tərəvəzlər toksinlərin atılmasına kömək edir. Somon balığı və qoz omeqa-3 ilə dəri quruluğunu azaldır. Su qəbulu dərinin nəmlənməsində birbaşa rol oynayır. E vitamini ilə zəngin badam və günəbaxan toxumu dərini qocalmadan qoruyur. Kəsmik və yoqurt probiotik təsiri ilə sızanaqları azaldır.
Pomidor likopenlə zəngindir və dərini günəş şüalarından qoruyur. Şəkərli və yağlı qidalar sızanaq riskini artırır. Təbii və təzə məhsullara üstünlük vermək dəri üçün faydalıdır. Gözəl dəri içəridən başlayır – düzgün qidalanma ilə.