Müasir həyatın ayrılmaz hissəsi olan stress, orqanizmdə kortizol hormonunun artmasına səbəb olur. Kortizolun yüksək olması ürək-damar və sinir sisteminə mənfi təsir göstərir. Foodinfo.az bildirir ki, təbii məhsullar bu hormonu tənzimləməkdə güclü dəstəkdir.

Avokado, tərkibindəki sağlam yağ turşuları ilə beyin fəaliyyətini balanslaşdırır. Yulaf ezmesi serotonin hormonunun istehsalını artıraraq gərginliyi azaldır. Çobanyastığı çayı əsəbləri sakitləşdirən ən təsirli bitki çaylarındandır. Tünd şokolad antioksidant təsiri ilə stresə qarşı qoruyucu qalxan yaradır.

Banan tərkibindəki maqnezium sayəsində sinir sistemini rahatlaşdırır. Somon balığı omeqa-3 ilə kortizol səviyyəsini aşağı salır. Pendir və yoqurt da əsəbi vəziyyətlərdə faydalı hesab edilir. Hər gün bu məhsullardan istifadə gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər. Sağlam qidalanma, psixoloji vəziyyətin əsas dayağı hesab olunur.