Son illərdə sağlam qidalanma və orqanizmin təmizlənməsi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri yaşıl detoksdur.

Foodinfo.az xəbər verir ki, yaşıl detoks, əsasən yaşıl tərəvəzlər, meyvələr və otlardan hazırlanan içkilər vasitəsilə bədənin toksinlərdən təmizlənməsinə, maddələr mübadiləsinin sürətlənməsinə və ümumi sağlamlığın dəstəklənməsinə yönəlmiş qidalanma üsuludur.

Yaşıl detoksun əsas xüsusiyyətləri:

– Tərkibində ispanaq, kərəviz, xiyar, cəfəri, brokkoli, kivi, yaşıl alma kimi məhsullar olur.

– Güclü antioksidant və lif mənbəyidir.

– Orqanizmdə yığılan zərərli maddələrin atılmasına kömək edir.

– Arıqlamağa dəstək olur, çünki həm az kalorilidir, həm də uzun müddət toxluq hissi yaradır.

– Dərinin və saçların sağlam görünüşünü dəstəkləyir.

Mütəxəssislər bildirirlər ki, yaşıl detoks pəhrizi qısa müddətli tətbiq olunmalıdır. Çünki yalnız bu içkilərlə uzun müddət qidalanmaq bədəndə vitamin və zülal çatışmazlığına səbəb ola bilər.