Diabetdən əziyyət çəkən insanlar üçün şəkərin düzgün əvəzləyicisini seçmək sağlamlıq baxımından olduqca önəmlidir.
Foodinfo.az xəbər verir ki, endokrinoloq Yuliya Atamanova şəkərə alternativ kimi ən təhlükəsiz və təbii variantın steviya olduğunu bildirib. Onun sözlərinə görə, bu bitki mənşəli şəkər əvəzləyicisi qan şəkərinə təsir göstərmir və gündəlik istifadə üçün uyğundur.

Əgər steviyanın acı və ya otabənzər dadı bəzilərinə xoş gəlmirsə, o zaman digər təhlükəsiz variantlara – eritrit, sukraloza və saxarin kimi sintetik, lakin zərərsiz sayılan əvəzləyicilərə üstünlük vermək olar. Bu maddələr də qan şəkəri səviyyəsini artırmır və çay, qəhvə kimi içkilərə əlavə oluna bilər.

Lakin həkim xəbərdarlıq edir ki, şəkər əvəzləyicilərinin normadan artıq istifadəsi müəyyən mənfi təsirlərə yol aça bilər. Buna görə də, balanslı və nəzarətli istehlak vacibdir.