Pestisid qalığı ən az olan və ya demək olar ki, olmayan meyvə-tərəvəzlər adətən qalın qabıqlı, özünü zərərvericilərdən qoruyan məhsullardır. ABŞ-ın Environmental Working Group (EWG) təşkilatı hər il bu barədə "Təmiz Onluq" adlı siyahı paylaşır.

Aşağıdakı meyvə və tərəvəzlərdə pestisid qalığı ya yoxdur, ya da çox cüzidir:

Avokado

Qalın qabığı zərərli maddələrin içinə keçməsinə mane olur. Ən təmiz sayılan meyvədir.

Qarğıdalı

Pestisid az istifadə olunur və qabıqlı satıldığı üçün iç hissə qorunur.

Ananas

Sərt, qalın qabığı meyvəni qoruyur. Pestisid qalıqları içinə keçmir.

Soğan

Təbii qoruyucu maddələri var və qabıqları soyulduğu üçün pestisid qalığı minimumdur.

Kivi

Tüklü, qalın qabığı var. İç hissəsində pestisid çox nadir hallarda aşkarlanır.

Kələm 

Üzvi olmayan versiyalarda pestisid ola bilər, amma təmizlənməsi və bişirilməsi ilə bu azaldıla bilər.

Meyvə-tərəvlərdəki pestisiddən qorumaq üçün onları yeməzdən əvvəl axar suda yaxşıca yuyun. Mümkünsə, qabığını soyun. Sirkəli və ya duzlu suda 10–15 dəqiqə saxlayıb sonra durulayın.

Üzvi (organik) məhsullara üstünlük verin, xüsusən də "çirkli" sayılan meyvə-tərəvəzlərdə (alma, çiyələk, ispanaq və s.) bu çox önəmlidir.