Meyvə və giləmeyvələr sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunsa da, onların həddindən artıq istehlakı bəzi hallarda ciddi narahatlıqlara səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq və hepatoloq Sergey Vyalov meyvə və giləmeyvələrin normadan artıq yeyilməsinin bağırsaq sistemində problemlər yaratdığını bildirib. Onun sözlərinə görə, hətta yaxşı yuyulmuş meyvələr belə, böyük miqdarda liflə bədəni yükləyə bilər.

"Çoxlu lif qəbulu bağırsaq mikroflorasını həddindən artıq aktivləşdirir. Bu isə meteorizm (köp) və zəif, lakin davamlı iltihabi proseslərə səbəb ola bilər", – deyə mütəxəssis qeyd edib.

Vyalov əlavə edib ki, giləmeyvələrin tərkibindəki təbii şəkərlərin miqdarı yüksək olduğu üçün onların hər gün böyük porsiyalarda qəbulu çəki artımına da yol aça bilər.

Bundan başqa, torpağa yaxın bitən giləmeyvələrin, xüsusilə çiy halda yuyulmadan yeyilməsi mədə-bağırsaq infeksiyaları və təhlükəli mikroorqanizmlərlə yoluxma riskini artırır. Mütəxəssis meyvə və giləmeyvələrin istifadəsində həmişə ölçünü qorumağı tövsiyə edir.